logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan

Text size icon-size icon-size

26 dekabr 2018, 14:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Xaricdə ictimai, elmi və lobbiçilik fəaliyyəti göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Sizin müdrik siyasətiniz nəticəsində Vətənimiz daha böyük uğurlar əldə edəcək, birliyimiz güclənəcək.

2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərimizin bütün azərbaycanlıları birliyə çağırması, tarixi Vətənimizi unutmamağımızı, zəngin və qədim mədəniyyətimizi ləyaqətlə təmsil etməyimizi, Azərbaycan dilinin mükəmməl öyrənilməsi və öyrədilməsini tövsiyə etməsi soydaşlarımızı milli fikir ətrafında birləşdirən ən güclü amillərdən biri oldu. Onun Gülüstan sarayında qurultay iştirakçılarına söylədiyi “İnsan Vətəndə doğma torpağından, qürbətdə isə birliyindən qüvvət alır” müdrik kəlamının dərin mənası və böyük əhəmiyyəti var.

Hörmətlə,

Fərhad Turanlı

Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi