Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən
20 dekabr 2018, 18:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.
Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayənizdə cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.
Cənab Prezident, xahiş edirik Sizə olan yüksək ehtiramımızı qəbul edəsiniz. Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik.
Səmimiyyətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Marianna Vardinoyannis
ELPİDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Zlatko Laqumdziya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Katerina Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı
Jan Baderşneyder
2000-2013-cü illərdə “Exxon Mobil” şirkətinin vitse-prezidenti
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Noelen Heyzer
2007-2015-ci illərdə BMT baş katibinin müavini