logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

18 dekabr 2018, 20:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2018-ci il oktyabrın 31-də Sofiya şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi