İ.Ə.Hacıyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
15 sentyabr 2011, 19:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2011-ci il.