İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir
14 sentyabr 2011, 15:00
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir.
Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, Rusiya Federasiyası Prezidenti ilə keçirdiyi görüşləri məmnunluqla xatırlamışdır.
Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, öz növbəsində ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı ilə bağlı fikirlərini çatdırmışdır.
Prezidentlər Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.