İlham Əliyev Qobustan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Text size
13 sentyabr 2011, 11:30
Prezident İlham Əliyev Qobustan rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilmişdir. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, göz oxşayan fəvvarə kompleksi yaradılmışdır. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.