İradə Şəfiyevadan, Ağdam, Azərbaycan
14 noyabr 2018, 15:15
Möhtərəm cənab Prezident.
Sizin xalqımıza, o cümlədən biz ağdamlılara göstərdiyiniz diqqət və qayğı sayəsində uğurlarımız gündən-günə artmaqdadır. Sizin rayonumuza səfəriniz bizi həddən artıq sevindirdi. Mən bir təhsil işçisi, bir ağdamlı olaraq rayonumuzda xalçaçılıq sənətinin inkişafına və təbliğinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada təbliğində Sizin xidmətləriniz danılmazdır. Bu günlərdə rayonumuzun Quzanlı qəsəbəsində “Azərxalça” ASC-nin Ağdam rayon filialının açılışını etdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
Sizin və Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanın xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Buna görə də biz ağdamlılar Sizə çox böyük təşəkkürümüzü çatdırırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə tezliklə geri qaytarılsın və xalça nümunələrimizi həmin rayonlarımızda sərgilərdə nümayiş etdirək.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şəfiyeva İradə.
Azərbaycan Respublikası, Ağdam rayonu.