logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Text size icon-size icon-size

08 sentyabr 2011, 18:20

Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, tarixi ənənələrə əsaslanan Azərbaycan-Tacikistan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsi, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimizin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 avqust 2011-ci il.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi