İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 sentyabr 2011, 17:30
Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qubernator Aleksandr Jilkin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə uğurlu səfərini xatırlayaraq həmin səfər zamanı müzakirə olunan məsələlərin önəmini qeyd etdi. Aleksandr Jilkin Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığı parkın şəhər sakinlərinin sevimli istirahət mərkəzlərindən biri olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi, humanitar, sosial, turizm və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə edildi, əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə əminlik bildirildi.