logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

Text size icon-size icon-size

25 oktyabr 2018, 12:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirdi.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini dedi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi