logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Rousseffə

Text size icon-size icon-size

06 sentyabr 2011, 18:30

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Braziliya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 avqust 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi