Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çıonq Tan Şanqa
Text size
01 sentyabr 2011, 18:00
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Vyetnam münasibətlərinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 avqust 2011-ci il.