logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaponiyanın Baş naziri Zati-aliləri cənab Yoşihiko Nodaya

Text size icon-size icon-size

01 sentyabr 2011, 16:15

Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimizi birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi