logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Vatikanın ölkəmizdəki nunsisini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Text size icon-size icon-size

01 sentyabr 2011, 15:30

Prezident İlham Əliyev Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Nunsi Klaudio Qucerotti on il bundan əvvəl etimadnaməsini xalqımızın ümummilli lideri Heydər Əliyevə təqdim etməsinin onda böyük təəssürat yaratdığını qeyd etdi. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlət başçısı Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottinin əlaqələrimizin inkişafındakı xidmətlərini qeyd edən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi