İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib
Text size


26 sentyabr 2018, 17:30
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.
Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu.
Sonra birgə foto çəkdirildi.
Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verildi.