İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir
Text size
31 avqust 2011, 14:50
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd etmişlər.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik etmiş, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulamışlar.
Dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.