logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Masallı rayonuna səfərə gəlib

Text size icon-size icon-size

18 sentyabr 2018, 11:40

Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısına Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə də bağlı məlumat verildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi