logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevinc Hacıyeva və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

31 avqust 2018, 18:40

Hörmətli cənab Prezident,

2018-ci il avqustun 25-i Sizin iştirakınızla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının istifadəyə verildiyi gün Azərbaycan xalçaçıları üçün daha bir unudulmaz tarixə çevrildi. Sizin xalçaçılarla hər görüşünüz bir bayramdır. İsmayıllı toxucuları üçün yaratdığınız şərait bizi bir daha yaxşı işləməyə, gözəl xalçalar toxumağa, milli dəyərlərimizi yaşatmağa ruhlandırır. Emalatxanamız müasirliyi, abadlığı ilə göz oxşayır, rayonumuza xüsusi gözəllik verir.

Respublikamızda yeni xalça istehsalı emalatxanalarının yaradılması gənclərin xalçaçılığa marağını artırır, bu sənətin parlaq gələcəyini təmin edir.

Əziz Prezidentimiz,

Siz bizim əməyimizi hər zaman yüksək qiymətləndirmisiniz. Sizin “Dövlət daim sizi dəstəkləyəcək” sözlərinizin arxasında indiyədək bu sahədə gördüyünüz real işlər və gələcək planlarınız dayanır. İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikilməsi barədə Sərəncamınız bütün toxucuların hədsiz sevincinə səbəb olub. Bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, bu sənətin yaşadılması və daha da inkişaf etdirilməsi üçün qarşımıza qoyduğunuz vəzifələri uğurla yerinə yetirəcəyimizə söz veririk. Siz Azərbaycan xalçasının və xalçaçılarının böyük hamisisisiniz. Allah Sizi qorusun!

Dərin hörmətlə,

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının kollektivi adından

Hacıyeva Sevinc Kərim qızı,

Ələsgərova Zenfira Qərib qızı,

Əhmədova Şəhla Balaməmməd qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi