logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Dariqa Nazarbayevadan

Text size icon-size icon-size

31 avqust 2018, 12:50

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlığınız və işinizə sadiqliyiniz həm ölkənizdə, həm də onun hüdudlarından xeyli uzaqlarda Sizə layiq olduğunuz nüfuz və hörmət qazandırmışdır.

Əminəm ki, Sizin bilikləriniz, dövləti və siyasi fəaliyyətdə zəngin təcrübəniz qardaş Qazaxıstan və Azərbaycan xalqları arasında əməkdaşlığın daha da genişləndirilməsinə bundan sonra da xidmət edəcəkdir.

Hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, səadət və davamlı uğurlar arzu edirəm.

Hörmətlə,

Dariqa Nazarbayeva

Qazaxıstan Respublikası Parlamenti Senatının

Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi