Fəridə Əliyevadan, Bakı, Azərbaycan
Text size
20 avqust 2018, 19:00
Çox hörmətli cənab Prezident,
Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik. Siz Ulu Öndərin layiqli davamçısısınız.
Hörmətli cənab Prezident, bütün respublikada olduğu kimi, Binəqədi rayonunda da abadlıq işləri çox yüksək səviyyədə davam etdirilir. Bu işlər bizim həyətdən də yan keçməyib. Hazırda çox gözəl park tikintisi gedir. Bu işlərə görə parkın yaxınlığındakı bina sakinləri adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.
Hörmətlə,
Əliyeva Fəridə Yusif qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.