logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

30 iyul 2018, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bildiriş göndərsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2018-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi