logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri ilə görüşü olub

Text size icon-size icon-size

20 iyul 2018, 10:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi