logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Sellapan Ramanatana

Text size icon-size icon-size

08 avqust 2011, 18:00

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında təşəkkül tapmış münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyul 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi