Filippin Respublikasının Prezidenti Rodriqo Roa Dutertedən
Text size


10 iyul 2018, 14:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Filippin hökuməti və xalqı adından təbrik edirəm.
Filippin ilə Azərbaycan arasında əlaqələr ölkələrimizin və xalqlarımızın əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi naminə ortaq maraqlara söykənir.
Ümid edirəm ki, xalqlarımız üçün davamlı sülh, tərəqqi və rifah uğrunda fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Zati-aliləri, Sizə möhkəm cansağlığı arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Rodriqo Roa Duterte
Filippin Respublikasının Prezidenti