logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Text size icon-size icon-size

29 iyun 2018, 19:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.

Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir.

Əminəm ki, ölkələrimiz arasında təməlində ənənəvi etimad duran münasibətlər bundan sonra da Belarus və Azərbaycan xalqlarının mənafeyi naminə dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, daimi uğurlar, dost Azərbaycanın vətəndaşlarına isə sülh və rifah arzulayıram.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi