logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Text size icon-size icon-size

12 iyun 2018, 17:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi