logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

29 iyul 2011, 21:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 22-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, №1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269) 10-cu maddəsinin üçüncü hissəsinin on doqquzuncu abzasında “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “dövlətin (hökumətin) adından öhdəlik götürməmək şərtilə,” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi