Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyumdan
Text size


05 iyun 2018, 18:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına Maldiv hökuməti, xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzularımı çatdırıram.
Hörmətlə,
Abdulla Yamin Abdul Qəyyum
Maldiv Respublikasının Prezidenti