logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Text size icon-size icon-size

29 iyul 2011, 18:40

Əlahəzrət,

Əziz qardaşım,

Milli bayramınız – Taxt-tac günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Mərakeş dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 iyul 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi