Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myindən
Text size
31 may 2018, 19:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, qarşıdakı illərdə Azərbaycan Respublikasına daimi tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Vin Myin
Myanma İttifaqı Respublikasının Prezidenti