İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidentini qəbul edib
Text size
29 may 2018, 15:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Filip Roqu qəbul edib.
Görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirildi, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu.
Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verdi.
Dövlətimizin başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışdı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.