Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən
Text size
29 may 2018, 13:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
Ən yüksək ehtiramla,
Abdullah bin Həməd Al Tani
Qətər Dövləti Əmirinin müavini