Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə
Text size
26 may 2018, 17:59
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2018-ci il.