Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən
25 may 2018, 18:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.
Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.
Hazırda müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz əməyiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanaraq, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.
Zati-aliləri, hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Darxan Kıdırəli
Beynəlxalq Türk Akademiyasının prezidenti,
Qazaxıstanın Astana şəhəri