TÜRKPA-nın baş katibi Altınbek Mamayusupovdan
25 may 2018, 15:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il yaranmasının 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti qardaş xalqın həyatında çox mühüm və önəmli hadisə olmaqla yanaşı, Şərqdə və türk dünyasında ilk demokratik respublika kimi tarixə düşmüş və Azərbaycan xalqının milli oyanışı və mədəni yüksəlişinin məntiqi yekunu olaraq milli dövlətçiliyin əsası qoyulmuşdur. Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində qardaş Azərbaycan xalqı bu yüksəlişi yaşamaqda davam etmiş, ölkədə iqtisadiyyatın inkişafı, siyasi sabitliyin qorunması və xalqın həyat səviyyəsinin yüksəlməsi dövlətin qüdrətinin artmasına və Azərbaycanın bir çox ölkələr üçün iqtisadi, siyasi və sosial inkişaf nümunəsinə çevrilməsinə gətirib çıxarmışdır.
TÜRKPA-ya göstərdiyiniz diqqət və qayğını daim hiss etmiş və etməkdəyik. İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində inkişaf edərək daha da genişlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm.
Dərin hörmət və ehtiramla,
Altınbek Mamayusupov
TÜRKPA-nın baş katibi