Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Məhəmməd bin Raşid Al Məktumdan
Text size
24 may 2018, 19:47
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında dost və qardaş xalqınıza davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Məhəmməd bin Raşid Al Məktum
Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin vitse-prezidenti,
Baş naziri, Dubayın hakimi