2011-ci il mayın 5-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28 iyul 2011, 20:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il mayın 5-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Almaniya Federativ Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci il.