logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi S.İ.Mayılovun iş yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

07 may 2018, 19:16

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Samir İlham oğlu Mayılov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2018-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi