Alman Kiçik və Orta Müəssisələr Assosiasiyasının baş direktoru Markus Jergerdən
05 may 2018, 15:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Alman Kiçik və Orta Müəssisələr Assosiasiyası Zati-alinizin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik, rifah və iqtisadiyyatın bütün sahələrində daha dinamik inkişaf görür.
İcazə verin, prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edim. Bu xoş fürsətdən istifadə edərək ölkənizin davamlı inkişafı, xalqınızın xoşbəxtliyi və rifahı üçün ən xoş arzularımı Zati-alinizə çatdırmaq istərdim.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Markus Jerger
Alman Kiçik və Orta Müəssisələr Assosiasiyasının baş direktoru