logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir

Text size icon-size icon-size

25 iyul 2011, 18:30

Prezident İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğuladı, çoxşaxəli əlaqələr çərçivəsində hərbi-texniki əməkdaşlığın razılıq doğurduğunu bildirdi.

Dövlət başçısı Rusiyanın müdafiə nazirinin Azərbaycana səfərinin hərbi sahədə əməkdaşlıqla bağlı görülən işlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu söylədi.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair bütün işlərin vaxtında yerinə yetirildiyini və bununla bağlı müdafiə nazirlikləri səviyyəsində məsələlərin uğurla həll edildiyini bildirdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi