logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan

Text size icon-size icon-size

27 aprel 2018, 17:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ölkənizin inkişafı və rifahı naminə ən xoş arzularımı bildirirəm.

Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.

Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminəm. İnanıram ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin qorunması naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Borut Pahor

Sloveniya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi