Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan


27 aprel 2018, 15:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Əminəm ki, bu tarixi hadisə Azərbaycanın iqtisadi, sosial, siyasi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində yeni tərəqqi dövrünün başlanğıcı olacaqdır. Bu yeni dövrdə təhsil ocaqlarımızda milli dəyərlərə əsaslanaraq Azərbaycanın tarixi, dili, mədəniyyəti, coğrafiyası dərindən öyrənilərək daha geniş təbliğ olunacaq, təhsil və elm müasir tələblər səviyyəsinə yüksəldiləcəkdir. Sizin sərəncamlarınızla yeni hökumətdə güclü və gənc mütəxəssislərin təmsil olunması təqdirəlayiqdir.
Xarici ölkələrdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər azərbaycanlılar inanırlar ki, Sizin rəhbərliyinizlə Azərbaycan böyük uğurlar qazanmaqda davam edəcək, Azərbaycan Ordusu cəsur hərbçiləri və müasir silahları ilə, Konstitusiyaya və xalqın iradəsinə əsaslanaraq tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Sizi əmin edirəm ki, diaspor və lobbiçilik fəaliyyətimizi daha da gücləndirərək, Vətənimiz Azərbaycanın milli mənafelərini bundan sonra da ləyaqətlə qoruyacağıq.
Hörmətlə,
Fərhad Turanlı
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri,
tarix elmlər doktoru