Monteneqronun yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Milo Cukanoviçə
Text size
27 aprel 2018, 14:25
Hörmətli cənab Cukanoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2018-ci il.