İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının senatoru Sercio Divinadan
Text size
26 aprel 2018, 18:42
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Yenidən dövlət başçısı seçilməyiniz və xalqınızın Zati-alinizə böyük etimadının aydın təzahürü olan inamlı qələbəniz münasibətilə Sizi İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi ürəkdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə ölkələrimiz arasındakı münasibətlərin daim qarşılıqlı məmnunluq doğuracağına əminliyimi ifadə edir və bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırıram.
Dərin ehtiramla,
Sercio Divina
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun sədri, İtaliya Senatının senatoru