Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Dimitar Bratanovdan
20 aprel 2018, 15:02
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimlə yanaşı, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş xalqınıza isə rifah və tərəqqi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri adından Sizi əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək və ölkələrimiz arasında işgüzar münasibətlərin inkişafı üçün əlverişli şərait yaratmaq istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Hörmətlə,
Dimitar Bratanov
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri