logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

Text size icon-size icon-size

19 aprel 2018, 15:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Yeni Prezidentlik dövründə də ölkənizi tərəqqi yolu ilə irəli aparacağınıza əminəm.

Xorvatiya ilə Azərbaycan arasında münasibətlər xalqlarımızın mənafeyi naminə inkişaf etməkdədir. Bu baxımdan Sizin xalqlarımız arasındakı dost münasibətlərin gücləndirilməsinə şəxsi töhfənizə və qətiyyətinizə inanıram. Bu xoş fürsətdən istifadə edərək, mən qarşılıqlı münasibətlərimizin inkişafının təşviqi üçün əlimdən gələni etməkdə qərarlı olduğumu bildirmək istəyirəm.

Zati-aliləri, xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edin.

Sizə sadiq olan,

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi