Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Namdan
Text size
19 aprel 2018, 14:33
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Kim En Nam
Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri