Türkiyə Həmkarlar İttifaqları Konfederasıyasının sədri Ergün Atalaydan
18 aprel 2018, 19:52
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin sosial və iqtisadi cəhətdən inkişafına və güclənməsinə yönəlmiş siyasi kursunuzun qardaş Azərbaycan xalqı tərəfindən dəstəkləndiyinin sübutudur.
Sizi Türkiyə Həmkarlar İttifaqları Konfederasıyası adından və şəxsən öz adımdan türk xalqları arasında birliyi gücləndirmək və türkdilli ölkələr arasındakı mövcud qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün səylərinizi təqdirəlayiq hesab edirəm. Qardaş Azərbaycan xalqının rifahının daha da yaxşılaşması üçün həyata keçirdiyiniz siyasi kursu davam etdirəcəyinizə əminəm.
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizi bir daha təbrik edir, Sizə və bütün azərbaycanlı qardaşlarıma hörmət və salamlarımı çatdırıram.
Dərin hörmətlə,
Ergün Atalay
Türkiyə Həmkarlar İttifaqları Konfederasıyasının sədri