İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan
18 aprel 2018, 18:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.
Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşıdakı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək.
Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq.
Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cansağlığı və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram.
Hörmətlə,
Sergio Mattarella
İtaliya Respublikasının Prezidenti