ASAP – Beynəlxalq Reklam və Tanıtım Təşkilatının prezidenti Lluis J. Gilbertdən
Text size


17 aprel 2018, 19:28
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi məmnuniyyətlə təbrik edir, yeni səlahiyyət müddətinizin də uğurlu keçməsini arzulayıram.
2018-ci il aprelin 28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün şəhərinizdə səfərdə olarkən Sizinlə görüşməkdən məmnun olardım.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Hörmətlə,
Lluis J. Gilbert
ASAP – Beynəlxalq Reklam və Tanıtım Təşkilatının prezidenti,
İspaniya, Barselona şəhəri